Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi
 
JOB TITLE: Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-16 LAST UPDATED: N/A DEADLINE: 2019-06-15

Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət Departamentinin Maliyyə və əməliyyat nəzarəti şöbəsinin Aparıcı mütəxəssisi/Baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət edilməsi;
• Biznes proseslərin analizi, qiymətləndirilməsi və çatışmazlıqların aşkar edilməsi;
• Maliyyə və əməliyyat nəzarəti şöbəsi üçün zəruri hesabatların hazırlanması;
• Hesabatların alqoritmlərini yazaraq avtomatlaşdırılması;
• Hesabatların analizi.

Tələblər

• Ali təhsil;
• Maliyyə və ya riyazi sahə üzrə ixtisas;
• Bank qanunvericiliyi ilə bağlı biliklər;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• Microsoft Office (Excell) üzrə biliklər;
• Proqramlaşdırma və hesabatlıq (SQL) üzrə təcrübəsi;
• Rus və İngilis dillərini bilməsi arzu olunandır;
• Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
• Proqramlaşdırma dilləri üzrə bilikləri;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Fərdi və komanda ilə işləmək qabiliyyəti;
• Qərarvermə və problem həlletmə qabiliyyəti.

CV-lərinizi, mövzu hissəsində “Nəzarət Departamenti/Maliyyə və əməliyyat nəzarəti şöbəsi/ Aparıcı mütəxəssis/Baş mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP