Maliyyə departamentində ödənişli təcrübə proqramı
 
JOB TITLE: Maliyyə departamentində ödənişli təcrübə proqramı
EMPLOYER: Smart Audit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-17 LAST UPDATED: N/A DEADLINE: 2019-06-16

"SMART AUDİT" MMC  Maliyyə departamentinə təcrübə proqramı elan edir

“SMART AUDİT” MMC kariyerasına peşəkar kollektivlə birgə çalışaraq başlamaq istəyən şəxslər üçün  Maliyyə Departamentinə təcrübə proqramı elan edir.

Universiteti yeni bitirmiş şəxslər və ya Maliyyə sahəsində təcrübə keçmək istəyən şəxslər müraciət edə bilərlər.

Təcrübə müddətini uğurla keçmiş təcrübəçilər Şirkətdə vakansiya yarandığı təqdirdə işlə təmin olunacaqlar. Və ya gələcəkdə yaranan vakansiyalarda ilkin olaraq nəzərə alınacaqlar.

Tələblər:

• Ali təhsil ( Maliyyə, Mühasibat Uçotu və Audit və s.)
• Mühasibat uçotu üzrə baza bilikləri (sertifikatların olması üstünlükdür);
• Riyazi biliklər və məntiqi təfəkkür;
• Dil bilikləri: Azərbaycan dili - əla, rus və ingilis dillərini bilmək üstünlükdür;
• Ofis proqramlarını orta səviyyədə bilmə;
• Təşəbbüskar və məsuliyyətli olma;
• Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
• Özünü inkişafa meyillilik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti;
• Punktual və nizam-intizamlı.

Təcrübə proqramı 3 ay müddıtini əhatə edəcək və ödənişlidir.

İş günləri : həftə içi 5 gün,  saat 09:00-dan  18:00 –dək.

Maraqlı namizədlərdən  mailin mövzu hissəsində “Maliyyə departamenti - Təcrübə” qeyd edərək CV formalarını turana.asadova@smartaudit.az mail ünvanına göndərmələri xahiş olunur.
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP