Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis
 
JOB TITLE: Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis
EMPLOYER: Nikoil Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-17 LAST UPDATED: N/A DEADLINE: 2019-06-16

Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis

Vəzifələr

• Bank müştəriləri arasında müxtəlif sorğuların keçirilməsi
• Sorğuların nəticələrinə əsasən həftəlik və aylıq hesabatların tərtib olunması
• Müştəri ilə bütün təmas nöqtələrinin monitorinqi və müştəri yol xəritələrinin (Customer Journey Map) tərtib olunması 
• Müştəri təcrübəsinə təsir edən daxili proseslərin monitorinqi
• Müştəri təcrübəsinin monitorinqi məqsədi ilə filiallara və digər satış nöqtələrinin ziyarəti
• Müştərilər tərəfindən daxil olan şikayət və təkliflərinin statusunun monitorinqi
• Pozitiv müştəri təcrübəsinin təmin edilməsi üçün təkliflərin toplanması, təhlili və yeni təkliflərin irəli sürülməsi
• Aparılan monitorinq, müsahibə və sorğuların əsasında iş planının  işlənib hazırlanması

Tələblər 

• Ali təhsil
• Marketinq/müştəri xidmətləri sahəsində iki ilə qədər iş təcrübəsi
• MS Office - in təcrübəli istifadəçisi
• Azərbaycan və rus dillərində ünsiyyət qurmaq bacarığı, ingilis dili biliyi üstünlük hesab ediləcəkdir
• Dinləmək və kommunikasiya qurmaq bacarığı
• Son nəticə və  problemlərin həllinə istiqamətlilik
• Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
• Analitik qabiliyyətlər və planlaşdırma bacarığı
• Tez öyrənmə, stressə davamlılıq və gərgin  rejimdə işləmə qabiliyyəti

Əmək haqqı namizədlə müsahibədən sonra müəyyən ediləcəkdir.

Xahiş edirik, CV-lərinizi cv@nikoil.az elektron ünvanına məktub mətni sətirində “Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis” – vakansiyası göstərməklə göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP