Lizinq mütəxəssisi
 
JOB TITLE: Lizinq mütəxəssisi
EMPLOYER: TBC Kredit DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-17 LAST UPDATED: N/A DEADLINE: 2019-06-16

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit  BOKT  Lizinq mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Potensial Lizinq müştəriləri müəyyən etməli və onları cəlb etməli;
• Lizinq müştərilərin portfelini yaratmalı, qorumalı və artımını təmin etməli;
• Potensial və mövcud müştərilərin sosial və maliyyə təhlilini aparmalı;
• Müştərilərin kredit riskini və kredit ödəmə qabiliyyətini qiymətləndirməli;
• Müştərinin faylını bütün zəruri sənədlərlə birlikdə qoruyub saxlamalı;
• Kredit Komitəsinin qərarı barədə müştərini məlumatlandırmalı və lizinq verilməsi prosesinin təşkilinə kömək etməli;
• Verilmiş vaxt çərçivəsində monitoring aparmalı;
• Mövcud məhsulların şərtlərini çox yaxşı bilməli;
• Kreditləşmə və lizinq fəaliyyətinə aid olan qaydaları, prosesləri və siyasəti çox yaxşı bilməli;
• Tələb olunan hesabatları vaxtında birbaşa rəhbərlərə təqdim etməli;

Tələblər:

• Ali təhsil
• İş təcrübəsinə dair tələb yoxdur
• Avtomobil bazarından məlumatlı və avtomobildən anlayışı olanlara üstünlük veriləcək
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Azərbaycan və rus dilində biliklərə malik olmalı.

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri  31 May 2019-cu il tarixinədək e-mail (hr@tbckredit.az) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Lizinq mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP