Daxili nəzarət şöbəsi / aparıcı mütəxəssis
 
JOB TITLE: Daxili nəzarət şöbəsi / aparıcı mütəxəssis
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-20 LAST UPDATED: N/A DEADLINE: 2019-06-19

Daxili nəzarət şöbəsi / aparıcı mütəxəssis

İş yeri:

• Bakı şəhəri

İşin təsviri:

• Aparıcı mütəxəssis şöbənin Əsasnaməsinə müvafiq olaraq Daxili Nəzarət Şöbəsinin yuxarı vəzifəli işçi heyətini şöbənin fəaliyyəti istiqamətində dəstəkləyir.
• Aparıcı mütəxəssis daxili nəzarət alətlərindən istifadə etməklə Şirkətin mövcud vəziyyətini təhlil edir, riskləri və onların təsirini aşkarlayır və daxili nəzarətin qabaqlayıcı (preventiv) və sonrakı (detektiv) tədbirləri ilə əlaqədar tövsiyyələr verir.

Əsas vəzifə və öhdəliklər:

• Metodologiyanın hazırlanması və tətbiqi:
- Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
- Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
- Şirkətdə qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
- Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Şirkətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
• Kamplayns (uyğunluq) üzrə nəzarət:
- Şirkətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir; 
- Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
- Şirkətin PL və TMM ilə bağlı siyasətin tətbiqinə, habelə tənzimləyici orqan qarşısında hesabatlılığın təmin olunmasına nəzarət edir.
• Daxili tədqiqatların aparılması:
- Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
- Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir.

Tələb olunan təhsil və bacarıqlar:

• Müvafiq sahə üzrə ali təhsil;
• Bilik, bacarıq və səriştələr: Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar.

Tələb olunan iş təcrübəsi:

• İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahəsi, habelə keyfiyyət idarəetmə sistemləri üzrə iş təcrübəsinə malik olan şəxslər arzuolunandır).

Namizədlərdən tərcümeyi halını <hrm2019@mail.ru> ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Daxili nəzarət üzrə aparıcı mütəxəssis) göstərməyini xahiş edirik.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP