HR Specialist (Seasonal)
 
JOB TITLE: HR Specialist (Seasonal)
EMPLOYER: Dalga Beach Aquapark DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-20 LAST UPDATED: N/A DEADLINE: 2019-06-19

Vəzifə : İnsan Resursları üzrə mütəxəssis
Şöbə : İnsan Resursları
Dərəcə : 5
Tabeçilik :  Menecer

İşin məzmunu 

Strateji biznes məqsədlərinə çatmaq üçün İnsan Resursları şöbəsinin funksiyasını idarə etmək. Bu vəzifəni icra edən əmək qanunları, siyasətləri, prosedurları və Otel standartlarına müvafiq olaraq işçiləri işə cəlb etmək, dəvət etmək, inkişaf və motivasiya etmək məqsədilə otelin insan resursları şöbəsinin funksiyasının planlaşdırılmasında, inkişaf və idarə edilməsində strateji rol oynayır

Əmək funksiyası

 Mütəmadi olaraq aşağıdakı qeydləri aparır və işləri müasir tələblərə müvafiq şəkildə həyata keçirin:
- İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədləri qəbul etmək.
- Xarici vətəndaşların viza ilə bağlı prosedurları həyata keçirmək
 E-gov.az və 1C sisteminə tələb olunan məlumatları daxil etmək
 Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq.
 Şöbələr tərəfindən təqdim olunan tabelləri ilkin yoxlanışını aparmaq və səhflər olduqda dərhal şöbəni məlumatlandırmaq.
 təsadüfi yoxlamalar apararaq təmizliyə nəzarət etmək (işçilərin dəyişmə otağı, işçi yeməkxanası, ofislər, işçilərin ayaq yolu və s.).
 Yarana bilən və real təhlükələrin bildirilmək və dərhal qaydaya salınmasından təkliflər irəli sürmək
 Adı çəkilən vəzifə ilə bağlı  bütün siyasətləri və proseduraları müvafiq olaraq vəzifə və öhdəliklərini vaxtında və səmərəli şəkildə icra etmək
 Əmək qanunvericiliyinin əsaslarını;
 Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları;
 Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini;
 İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi;
 Kadrların ixtisas və peşəkarlığının artırılması işini;
 Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsini;
 Kadrların hərəkətlərinin uçot metodlarını;
 Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını;
 İşgüzar profilini, fəaliyyət istiqamətlərini, istehsalat ixtisaslaşmasını, struktur bölgüsünün xüsusiyyətlərini;
 Rəhbərlik tərəfindən tapşırılan işləri yerinə yetirmək

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə Öhdəliklər:

 TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
 Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
 Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
 Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.

Digər öhdəliklər:

 Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
 Hər zaman müvafiq uniformanın geyinilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
 Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
 Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
 Növbələrin effektli dəyişməsinin təmin edilməsi üçün yaxşı ünsiyyət saxlamaq və növbəni vaxtında qəbul etmək.
 Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
  Ölkənin qanunvericiliyinə riayət etmək.
 Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
 Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
 Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
 Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.

E - mail: dbm.hr@pmdhospitality.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP