Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis
 
JOB TITLE: Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis
EMPLOYER: Nikoil Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-20 LAST UPDATED: N/A DEADLINE: 2019-06-19

Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis

Öhdəliklər:

•  Müştərilərə göstərilən xidmət üzrə keyfiyyət standartları və prosedurların yazılması
•  Şirkətin iş standartlarına əsasən bütün satış və xidmət nöqtələrində müştərilərə göstərilən xidmət keyfiyyətinin qiymətləndirilməsi
•  Müştərilərə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştəri məmnuniyyətinin artırılmasına məqsədilə sorğuların keçirilməsi
•  Analitik iş, statistik hesabatların (düsturlar, cədvəllər, qrafiklər, diaqramlar) tərtib  olunması
•  CRM sistemi ilə iş
•  Xidmət səviyyəsinin artırılması məqsədilə təkliflərin toplanması və təhlili
•  Müştəri yönümlü korporativ mədəniyyətin tətbiq olunması məqsədilə təlimlərin təşkili və keçirilməsi

Tələblər:

• Ali təhsil
• Müştərilərlə iş sahəsində iki ildən başlayan iş təcrübəsi, keyfiyyətə nəzarət sahəsində iş təcrübəsi üstünlükdür
• Təcrübəli MS Office istifadəçisi
• Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili biliyi üstünlükdür
• Müştəriyə yönümlülük
• Komandada işləmə bacarığı
• Dinləmə, ünsiyyət qurma və əks əlaqə vermə bacarığı
• Analitik bacarıqlar, planlama və çevik olma bacarığı
• Tez öyrənmə, stressə dözümlülük və çox tapşırıqlılıq rejimində işləmə bacarığı 

Əməkhaqqı namizədlə müsahibədən sonra müəyyən ediləcək.

Xahiş edirik, CV-nizi məktubun mövzusunda vakansiyanın adını – “Müştəri xidmətləri keyfiyyətinə nəzarət üzrə mütəxəssis” qeyd etməklə cv@nikoil.az elektron poçt ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP