Təchizat işləri üzrə koordinator
 
JOB TITLE: Təchizat işləri üzrə koordinator
EMPLOYER: Global Food Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Vəzifə - Təchizat işləri üzrə koordinator

İşəgötürən: “GFC” MMC

Əsas vəzifə və öhdəliklər:

 Təchizat proseslərin təkmilləşdirilməsi;
 Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
 Bütün növ sifarişlərin xarici və daxili bazarların axtarışı, tapılması, onlarla əlaqənin saxlanılması şirkətlərlə müqavilələrin bağlanması və satınalmanın həyata keçirilməsi;
 Tədarükçülərlə danışıqların aparılması və mümkün olan ən aşağı qiymətin razılaşdırılması; 
 Materialların alınması üçün tenderlərin keçirilməsi;
 Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
 Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı  bazasının hazırlanması və təhlilini təşkil etmək;
 Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanılması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
 Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması;
 Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək.

Namizədə aid tələblər:

20-40 yaş arasında;
Ali  təhsilli olması;
Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
1C və StoreHouse bilənlərə üstünlük verilir;
Microsoft Office proqramlarını sərbəst bilməsi mütləqdir;
Təchizat  sahəsində 1 il tanınmış müəssisədə, və ya 2 il digər şirkətlərdə  təcrübə olması;
Diqqətli və məsuliyyətli olması.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
Həftədə 5 iş günü, 2 gün istirahət, 09:30 -dan 18:30 -dək;
Əmək haqqı: 700 AZN.

Mail: hr@gfc.az

CV göndərərkən mövzu yerinə vakansiyanın adı  qeyd olunsun.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP