Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: Global Food Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Vəzifə - Anbardar

İşəgötürən: “GFC” MMC , Anbar

Əsas vəzifə və öhdəliklər:

- Anbar işini idarə etmək,malların  qəbulu ,onların saxlanılması, buraxılması və uçotu ilə bağlı işləri təşkil etmək;
- Sənədləşmə işləri təşkil etmək;
Məsuliyyətində olan anbarın təmiz və səliqəli vəziyyətdə saxlamaq,malların bütövlüyünü və keyfiyyət göstəricilərinə birbaşa məsuliyyət daşımaq;
- Anbar işində beynəlxalq standartların tətbiqi;
- Mədaxil və məxaric əməliyyatların qurulması;
- Anbara verilən sorğuların vaxtlı- vaxtında və tam şəkildə cavablarındırlması və prosesin anbar idarəetmə sistemində əks olunmasını təmin etmək;
- Aidiyyatı sahə üzrə qaimələrin və hesab fakturaların hazırlanmasını həyata keçirmək;
- Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
- İş gününün əvvəlində və sonunda STOK  təftişini etmək;
- Anbara daxil olan sifarişləri gecikdirmədən, effektiv yığmaq və hazır vəziyyətə gətirmək;
- Təhvil-təslim proseduruna tam əməl etmək;
- Anbarda əməyin mühafizəsinin,təhlükəsizlik texnikası,yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşalma işlərinin aparılmasını təşkil etmək;
- Anbar işçiləri tərəfindən tərtib edilən fakturalarda göstərilən miqdarın dəqiq olaraq,maşınlara yüklənilməsinə nəzarət etmək;
- Anbarda olan mal-materialın invertarlaşmasında iştirak etmək;
- Malların satış üçün yararlılığını yoxlamaq və təchizat şöbəsinə məlumat vermək;
- FİFO prinsiplərinə riayət edilməsini təşkil etmək.

Namizədə aid tələblər:

- 20-40 yaş arasında;
- Ali  təhsilli olması;
- Riyazi biliyinin yüksək olması;
- Səlis azərbaycan və rus dili bilikləri, ingilis dili bilənlərə üstünlük verilir;
- 1C və StoreHouse bilənlərə üstünlük verilir;
- Microsoft Office proqramlarını sərbəst bilməsi mütləqdir;
- Anbar sahəsində 1 il tanınmış müəssisədə, və ya 2 il digər şirkətlərdə  təcrübə olması;
- Diqqətli və məsuliyyətli olması.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Sınaq müddəti- 3 ay;
Həftədə 6  iş günü, 1 gün istirahət;
Əmək haqqı: 700 – 800 AZN.

Mail: hr@gfc.az

CV göndərərkən mövzu yerinə vakansiyanın adı  qeyd olunsun.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP