Veb proqramçı (Full Stack Developer)
 
JOB TITLE: Veb proqramçı (Full Stack Developer)
EMPLOYER: CyberNet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Veb proqramçı (Full Stack Developer)

Proqramçının əsas vəzifəsi: "BackEnd" tərəfi Rest servislər vasitəsilə çalışan İnformasiya Sisteminin, "FrontEnd" tərəfi - Veb Portalın hazırlanmasıdır. Eyni zamanda hazırlanmış veb portalda dəyişikliklərin edilməsi, xətaların aradan qaldırılması və s. texniki dəstəyi həyata keçirmək.

Vəzifə öhdəlikləri:

• Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması
• Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması
• Proqram təminatının inkişafının və proseslərinin optimallaşdırılmasının təmin edilməsi
• Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması

Əsas tələblər:

• Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində bakalavr dərəcəsi)
• Proqramçı vəzifəsində ən azı 2 (iki) il iş təcrübəsi
• İngilis dili - yaxşı,  Rus dili - yaxşı
• Alqoritmləşdirmə bacarığı
• Proqramlaşdırma dilləri: PHP
• Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): MySQL
• Application Serverlər: Apache
• Texnologiyalar: HTML, CSS3, JavaScript, JQuery,Angular JS,React JS, Bootstap, SOAP REST webservices, SQL.
• Əməliyyat sistemləri: Windows, Linux
• Qərar vermə və problem həll etmə bacarığı
• Planlaşdırmaq və təşkil etmək bacarığı
• Komandada işləmək bacarığı
• Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı
• Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı
• Stressə davamlılıq
• Fasiləsiz öyrənməyə meylilik
• Nəticəyə fokuslanma bacarığı

İş şəraiti:

• Tibbi sığorta
• Mükafat və bonus sistemi
• Əmək haqqı – namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.

Qeyd olunan tələblərə cavab verən namizədlər anket məlumatlarını (CV) “Full stack developer” mövzusu altında hr@cybernet.az elekton ünvanına göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP