Hüquq işləri üzrə inzibatçı
 
JOB TITLE: Hüquq işləri üzrə inzibatçı
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Hüquq işləri üzrə inzibatçı

Tələblər:

• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək)
• Azərbaycan, rus dili orta səviyyədə
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifələr:

• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Müvafiq məlumat bazası yaratmaq
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması 

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquq işləri üzrə inzibatçı” yazaraq CV formasını ir@kontakt.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP