ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Şöbə rəisi
 
JOB TITLE: ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Şöbə rəisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Şöbə rəisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Əməliyyat risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, minimallaşdırılması və qarşısının alınması üzrə (bankın aidiyyəti struktur bölmələri ilə birgə) işin təşkil edilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarət edilməsi;
• ERM çərçivəsində audit və risk üçün risk səviyyəsinin ölçülməsi və qiymətləndirilməsini standartlaşdırmaq.
• Bankın risk kataloqunun yaradılması, hər bir struktur bölmənin öz risklərini tanıması və idarə edilməsinin koordinasiya edilməsi, risk özünüqiymətləndirmənin (RCSA) və İncident Management System vasitəsilə əməliyyat riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarətin təşkil edilməsi;
• Effektiv İncident Management System-in yaradılması, daxili və kənar insidentlər, itkilər, sistemdə dayanmalar və s. haqqında bütün struktur bölmələrdən məlumatların toplanılması və onların səbəblərinin araşdırılması, əməliyyat risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nəzarətin təşkil edilməsi;
• Əməliyyat risklərinin aşkarlanması və monitorinqi məqsədilə hesabatların daima təkmilləşdirilməsi, yeni hesabatların yaradılmasınin təşkili və nəzarət edilməsi;
• Əməliyyat risklərinin ilkin xəbərdarlıq sisteminin (Early Warning System) - əsas risk indikatorlarının (KRİ) monitorinqinin təşkil edilməsi, kənar itki bazasının analiz edilməsi, risklərinin ssenari-analizi və stress-testlərin

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma.
• Təhsil: Ali iqtisadi və ya maliyyə təhsili.
• Təcrübə: Zəruri minimum iş təcrübəsi 5 il, bank sektorunda 4 il,  Funksiya üzrə 2 il
• Kompyuter  biliyi: Office proqramlarından sərbəst istifadə
• Xarici dil bilikləri: İngilis, Rus yaxşı səviyyədə bilmək(əlavə xarici dil bilikləri alqışlanır)
• Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
• Digər: Liderlik və kommunikasiya bacarığı, analitik təhlil edə bilmə qabiliyyəti,
• Qanunvericilik, sənədləşmə biliyi: Bankdaxili qaydaları, Bank qanunvericiliyini mükəmməl bilmək, Mülki məcəllə və Vergi məcəlləsində bank fəaliyyəti ilə bağlı maddələrini bilmək;

CV-lərinizi, mövzu hissəsində “ERM və əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Şöbə rəisi” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP