Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis
 
JOB TITLE: Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis, aparıcı mütəxəssis
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-22 LAST UPDATED: N/A DEADLINE: 2019-06-21

Kapital Bank namizədləri Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi və hesabatların hazırlanması;
• Anderraytinq və Kollekşn modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• İri həcmli məlumat bazası ilə işləmək və SQL kodlaşdırmanın edilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
• Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.

Tələblər

• İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
• Bank əməliyyatları sahəsində mütəxəssis üçün minimum 1 il, aparıcı mütəxəssis üçün isə   minimum 2 il iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis, mütəxəssis və aparıcı mütəxəssis” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP