Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)
 
JOB TITLE: Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-24 LAST UPDATED: N/A DEADLINE: 2019-06-23

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Texniki nəzarət üzrə mütəxəssis (Beton dirək istehsalı üzrə)

Namizədə tələblər:

- İş yeri: Qusar rayonu
- Ali və ya Orta-texniki təhsil
- 1 ildən az olmayaraq, beton və dəmir-beton məmulatları və konstruksiyaları sahəsi üzrə iş təcrübəsi
- MS Office proqramlarında işləmək bacarığı
- İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli

İşin təsviri:

- Beton məhsulların istehsalında istifadə ediləcək materialların fiziki və kimyəvi analizlərinin edilməsi
- Beton məhsulların istehsalı zamanı texnoloji prosesin tələblərinin qorunmasına nəzarət
- Məhsulların markalanması və saxlanılma yolları texnoloji prosesin tələblərinə uyğun olaraq aparılmasına nəzarət                    
- Sınaq avadanlıqlarından, cihazlarından və ölçmə üsullarından təlimata uyğun istifadə edilməsi
- Lazımi analizlərin vaxtında yerinə yetirilməsi və hesabat şəklində təqdim olunması
- Xammal, yarımfabrikat, material və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatların aparılması.
- Zay məhsul, onun səbəblərinin uçotunun aparılması;
- Qüsurlu materialların istehsalata buraxılmasının qarşısının alınması.

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=133 və ya hr@metak.az ünvanına CV göndərərək 24.06.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP