Filial müdiri ( Quba və Şirvan )
 
JOB TITLE: Filial müdiri ( Quba və Şirvan )
EMPLOYER: International BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-24 LAST UPDATED: N/A DEADLINE: 2019-06-23

İnternational Kredit Təşkilatı Quba və Şirvan şəhəri filialları üzrə "filial müdiri" vakansiyasını elan edir.

Müdir üçün Tələblər :

•  Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
•  Maliyyə/Kredit sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 1 il iş təcrübəsi;
•  Azərbaycan dilini mükəmməl bilmək;
•  Daxili motivasiya və prinsipiallıq;
•  Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
•  Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
•  Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
•  Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

•  Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
•  Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
•  Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
•  Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
•  Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək).
•  Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
•  Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
•  Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini vakansiya@icu.az email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri qeyd etməklə göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP