Büdcə və hesabatlar şöbəsinin rəisi
 
JOB TITLE: Büdcə və hesabatlar şöbəsinin rəisi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-24 LAST UPDATED: N/A DEADLINE: 2019-06-23

Büdcə və hesabatlar şöbəsinin rəisi

Vəzifə öhdəlikləri

• Şirkətin illik maliyyə və büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması; 
• Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi;
• Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi;
• Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlil edilməsi;
• Büdcənin icrasina mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların təqdim olunmasi;
• Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi;
• Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparilmasi və səmərəliliyinin artirilmasi üzrə təkliflərin verilməsi
• Büdcə gəlirlərinin artirilmasi üzrə mənbələrin aidiyyati struktur bölmələrlə müzakirəsi və müvafiq planların qurulması;
• Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinin planlaşdırılması;
• Maliyyə hesabatlarının hazırlanması;
• Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi;
• Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi;
• Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
• Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Namizəd qarşı tələblər

Ümumi tələblər

• Təhsil – Ali təhsil ( iqtisadiyyat və maliyyə)
• Yaş həddi - 25-35
• Cins - kişi
• İş təcrübəsi: 3-5 il (müvafiq sahə üzrə)

Bilik və bacarıq

• MS Office -  Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı
• IFRS bilikləri (əsas prinsiplər)
• Dil bilikləri: İngilis dili əla səviyyədə
• 1C proqramı bilməli
• Risklərin idarə olunması sahəsində biliklər
• Büdcə planlaması sahəsində biliklər
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
• Analitik təhlil etmə və hesabat tərtib etmə bacarığı
• Komandada işləmək bacarığı 

İş şəraiti

• İş qrafiki - 5 günlük
• Əmək haqqı – 2000 - 2500 AZN
• Telefon limiti, nəqliyyat xidməti və nahar şirkət tərəfindən təmin edilir

Namizədlərdən CV-lərini mövzu yerində “Büdcə və hesabatlar şöbəsinin rəisi” qeyd etməklə Industrial.company123@gmail.com  ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP