Satış üzrə Menecer
 
JOB TITLE: Satış üzrə Menecer
EMPLOYER: C-Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-27 LAST UPDATED: N/A DEADLINE: 2019-06-26

Vəzifə: Satış üzrə Menecer

İş şəraiti:

• 6 günlük iş günü;
• Həftədə bir gün istirahət;
• Nahar şirkət hesabına.

Tələblər:

• Təhsil: Ali, magistr (MBA və ya iqtisadiyyat üzrə təhsil üstünlük təşkil edir);
• Marketinq meneceri vəzifəsində otel sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
• Ofis proqramları: MS Office - əla səviyyədə (Word, Excel, Power Point, Outlook);
• Dizayn programları: Photoshop, Coral Draw – orta səviyyədə;
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri - mükəmməl;
• Böyük layihələrlə iş təcrübəsi;
• Güclü idarəçilik bacarıqları;
• Aktiv həyat mövqeyi, nəticəyönümlülük, işə biznes yönümlü yanaşma, operativlilik; məsuliyyətlilik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
• Otel təcrübəsi mütləqdir.

Vəzifələr:

• Satış və marketinq strategiyasının, illik marketinq planının hazırlanması və tətbiq edilməsi;
• Bazarın, şirkətin mövqelərinin, rəqiblərin fəaliyyətinin hərtərəfli təhlil edilməsi;
• Şirkətin marketinq büdcəsinin planlaşdırılması;
• Maliyyə təkliflərinin irəli sürülməsi;
• Yeni müştərilərin axtarışı və cəlb olunması;
• İşgüzar danışıqların aparılması və işgüzar yazışmaların aparılması;
• Müştəri məmnuniyyəti bazasının aparılması (CRM);
• Mövcud müştərilərlə sıx əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi məqsədilə yeni təkliflər planı hazırlanması;
• Satışların təşkili, təhlili və analizi;
• Otelin korporativ tədbirlərdə təmsil edilməsi;
• Marketinq tədbirlərinin effektivliyinin təmin edilməsi;
• Şirkətin kommersiya fəaliyyətini təhlil edilməsi;
• Satış komandası ilə hədəflərin birgə işlənməsi;
• Satış göstəricilərini yüksəltmək məqsədi ilə yeni satış imkanlarının öyrənilməsi;
• Satışın və digər marketinq göstəricilərinin səviyyəsinin artırılması;
• Şirkətin nüfuz səviyyəsinin artırılması məqsədilə reklam kampaniyalarının, tədbirlərin təşkili və keçirilməsi;
• İnternet mühitində şirkətin inkişaf strategiyasının inkişaf etdirilməsi, şirkətin kommersiya fəaliyyətini yerinə yetirmək üçün yeni müştərilərin cəlb edilməsi;
• Şirkətin internet resurslarının inkişafı üçün strategiyanın və əməliyyat planlarının hazırlanması:

Cv - lərinizi : hr_resant@mail.ru mail ünvanına " Satış üzrə Menecer " başlıqlı göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP