Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri
 
JOB TITLE: Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri
EMPLOYER: Xalq Həyat Sığorta Şirkəti ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-27 LAST UPDATED: N/A DEADLINE: 2019-06-26

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

1. Media və kommunikasiya planları hazırlamaq və onu idarə etmək;
2. Şirkətin fəaliyyətinə aid mətubat konfransları təşkil etmək;
3. Sığorta və maliyyə bazarında Şirkətin nüfuzuna xələl gətirə biləcək hər hansı bir məlumat yayıldığı təqdirdə bu hallara qarşı dərhal operativ tədbirlər görərək onları aradan qaldırmaq;
4. Marketing və Məhsul yaratma üzrə layihələrin planlarının və büdcələrinin hazırlanmasında iştirak etmək;
5. Marketing və Məhsul yaratma layihələri üzrə məlumatların təhlilini aparmaq;
6. Marketing layihələri üzrə tender və müsabiqələrin təşkilində və keçirilməsində iştirak etmək;
7. İdarəyə aid layihələrin idarə olunması üzrə işçi qrupunun formalaşmasında və işlərin icrasında iştirak etmək;
8. İdarə layihələri üzrə aparılan işlərin Şirkətin digər sturuktur bölmələri ilə koordinasiya edilməsini təmin etmək;
9. Lazım gəldikdə İdarə layihəsi üzrə zəruri dəyişikliklərin edilməsini təmin etmək;
10. Şöbə əməkdaşları tərəfindən əmək intizamı və daxili qaydalara riayət olunmasına nəzarət etmək;
11. Şöbə əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət etmək;
12. Səlahiyyətlərinə aid olan məsələrlə bağlı Şirkətin iclas və tədbirlərində iştirak etmək;
13. Şöbə əməkdaşlarına icrası məcburi olan göstəriş və tapşırıqlar vermək

Tələblər

14. Ali təhsil;
15. MS Office proqramlarında işləmək bacarığı;
16. Sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
17. Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

CV-lərinizi, mövzu hissəsində “Satış və marketinq idarəsinin Marketinq şöbəsinin müdiri” qeyd etməklə hr@xalqhayat.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP