Soba təmirçisi
 
JOB TITLE: Soba təmirçisi
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-27 LAST UPDATED: N/A DEADLINE: 2019-06-26

Vəzifənin adı : Soba təmirçisi

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksion poladəritmə sobalarının, poladtökmə çalovlarının və iş səthinin odadavamlı kərpic və beton məhlul ilə hörülüb müəyyən edilmiş rejim üzrə qurudulmasını və rəintiyə hazır olmasını təmin edir;
• Təmir edilmiş poladtökmə çalovlarında şiber avadalıqlarının quraşdırılmasını, şiber plitələrin hazırlanaraq yerinə yığımasını təmin edir;
• Ərinti prosesindən əvvəl sobaların və çalovların hörgüsünün vəziyyətini yoxlayır, donub qalmış metal qırıntıların və qopmalarının olmamasını yoxlayır;

Təhsil/Təcrübə

• Ali texniki təhsil arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst şəkildə danışmaq;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Soba təmirçisi” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP