Poladtökən operator
 
JOB TITLE: Poladtökən operator
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-27 LAST UPDATED: N/A DEADLINE: 2019-06-26

Vəzifənin adı : Poladtökən operator

Vəzifə öhdəlikləri:

• Sexdə yerləşən induksiya tipli poladəritmə sobalarında poladəritmə prosesinin aparılmasını təmin edir;     
• Əritmə üçün sobanın yanına yığılmış metal şixtəni tərkibinə görə çeşidləyir;
• Sobanın elektrik və istilik rejimini yoxlayır və nəzarət edir;
• Nizamlayıcı və qoruyucu mexanizmlərin siqnallarına və göstəricilərinə nəzarət edir və onlara uyğun hərəkət edir;  
• Sobanın vəziyyətinə və elektrik enerjisindən qənaətlə istifadə olunmasına nəzarət edir;
• Metalın əridilməsi üçün lazım olan komponentlərin varlığını, ölçülməcini və qənaətli səfriyyatını təmin edir;
• Texnoloji rejim normalarına,texnoloji reqlament və istehsalat təlimatlarına ciddi riayət etməli;
• Sex və növbə rəisinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir;
• Zavodun rəhbərliyinin operativ göstərişlərini yerinə yetirir;
• Xammal və məhsulların keyfiyyətinə vizual nəzarət edir;

Təhsil/Təcrübə

• Ali texniki təhsil arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst şəkildə danışmaq;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Poladtökən operator” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP