İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester)
 
JOB TITLE: İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester)
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-27 LAST UPDATED: 2019-05-29 DEADLINE: 2019-06-26

Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İT sistemlərin, şəbəkələrin və tətbiqlərin boşluqlar üzrə təhlükəsizlik qiymətləndirməsini həyata keçirmək;
• Zəifliklərin araşdırılması üçün tətbiq və şəbəkələrə daxil olma üzrə mexanizm və alətləri təyin etmək;
• Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq;
• Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə tədbirlər təklif etmək;
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq;
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq.

Tələblər

• Ali Təhsil;
• İT sahəsində minimum 3 il iş təcrübəsi;
• İT üzrə beynəlxalq sertifikatların/şəhadətnamələrin (OCSP, CEH, GIAC, etc) mövcudluğuna üstünlük verilir;
• İT sahəsində dərin texniki biliklər (Windows, *nix Əməliyyat Sistemləri, virtualizasiya texnologiyaları, şəbəkə texnologiyaları, şəbəkə Firewall-ları, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint təhlükəsizliyi və s.)
• Məsuliyyətlilik, dəqiqlik və komandada işləmə bacarığı;
• Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti;
• Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti.

CV-lərinizi, mövzu hissəsində “İnformasiya təhlükəsizliyi şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssis (Penetration Tester)” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP