Monitorinq şöbəsinin rəisi
 
JOB TITLE: Monitorinq şöbəsinin rəisi
EMPLOYER: Logistik şirkət DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-29 LAST UPDATED: N/A DEADLINE: 2019-06-28

Vakansiya: MONİTORİNQ ŞÖBƏSİNİN RƏİSİ
Logistik şirkət.
Ünvan: Bakı
Müraciət üçün son tarix: 21 İyun, 2019-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (MONİTORİNQ ŞÖBƏSİNİN RƏİSİ) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com  göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

• Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabat aparılması
• Müvafiq xidmət göstərənlərlə hesablamaların aparılmasının təmin edilməsi
• Göstərilmiş xidmətlərə uyğun olaraq aylıq hesabatların təmin edilməsi
• Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq göstərilmiş xidmətin analiz edilməsi
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
• Monitorinq zamanı müəyyən olunan potensial risk, nöqsanlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılması üçün müvafiq  tövsiələr vermək.
• Daxili prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

Ali (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
Təcrübə; Logistika sahəsində minimum 5 illik iş təcrübəsi (Monitorinq və hesabatlıq üzrə işləyən əməkdaşlarına üstünlük verilir);

Müvafiq sertifikatlar

Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dilləri arzuolunandır;
MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
Zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP