Supervayzer
 
JOB TITLE: Supervayzer
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-29 LAST UPDATED: N/A DEADLINE: 2019-06-28

Şirkət:  “A+CO” MMC
Vəzifə: Supervayzer
İş qrafiki: 6 günlük
Əmək haqqı: 800 – 1000 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 3 il iş təcrübəsi (QADIN namizədlər)
2. Təşəbbüskarlıq, İdarəetmə və sərbəst qərar vermə bacarığı
3. Analitik bacarıq, rəqəmlərlə işləmə bacarığı
4. Komandada işləmə bacarığı
5. Rus dili biliklərinin olması üstünlükdür

Vəzifə Öhdəlikləri

1. Şirkətin məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə açılış və düzülüşlərinin gerçəkləşməsini, məhsulu satışa hazırlamasını və  realizə edilməsinə nəzarət etmək, məhsulun satış görünüşünə nəzarət etmək
2. Merçendayzerlərlə gündəlik iclaslar etmək və Merçendayzer işinin əsaslarını, planları çatdırmaq
3. Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmağı təmin etmək
4. Satış nöqtələrində hərəkət istiqamətinə görə rəf başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünə nəzarət etmək, məhsul qruplarının hamısının birlikdə açılışına və düzülüşünə nəzarət etmək
5. Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəf payı və penatrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksikliklər barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etməklə satış heyətinə dəstək olmaq və ehtiyac duyulduqda yerindəcə sifarişi qəbul etmək;
6. Şirkətin keyfiyyət siyasətini bütün satış nöqtələrində izah etmək, reklam materiallarını və tanıtım vasitələrini faydalı şəkildə istifadə etmək, qiymət kağızlarını, posterləri istehlakçıların rahat görə biləcəyi yerə yapışdırılmasına nəzarət etmək
7. Merçendayzerlərin geyim qaydalarına nəzarət etmək
8. Merçendayzerlərin işə gəlmə getmə vaxtlarına nəzarət etmək və aşkar edilən gecikmələr barədə qeydiyyat apararaq İnsan Resurslarına təqdim etmək
9. Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək;
10. Daim Şirkətin mənafeyini və imicini qorumaq;
11. Gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır.
12. Merçandayzerlərin  işini tənzimləmək və fəaliyyətinə köməklik etmək

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Supervayzer” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP