Kadrlar üzrə köməkçi
 
JOB TITLE: Kadrlar üzrə köməkçi
EMPLOYER: Holiday Inn Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-29 LAST UPDATED: 2019-05-29 DEADLINE: 2019-06-28

Kadrlar üzrə köməkçi

- Ali təhsilli
- Bu sahədə 1-2 ilə qədər iş təcrübəsi
- Azərbaycan və rus dili bilikləri
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Microsoft Office sərbəst işləmək bacarığı
- Məsuliyyətli və diqqətli
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı
- Problemləri həll etmə bacarığı
- Yaş həddi: 25-30 yaşlar arası
- Cinsi: kişi namizədlər

İş barədə məlumat:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulunu, vəzifə dəyişikliklərini, işdən azad edilmələrini, bütün növ məzuniyyətlərin, intizam tənbehinin verilməsini və mükafatlandırılmasını rəsmiləşdirmək
- İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
- İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
- Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək

Vakansiya üzrə təcrübəsi olanlar işə müraciət anketlərini “Kadrlar üzrə köməkçi” başlığı altında Cv@hi-baku.com elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP