Marketinq meneceri
 
JOB TITLE: Marketinq meneceri
EMPLOYER: Sirab ASC DUTY STATION: Azerbaijan, Nakhchivan
PUBLISHED: 2019-05-30 LAST UPDATED: N/A DEADLINE: 2019-06-29

Marketinq meneceri

Vəzifə öhdəlikləri:

• Şirkətin marketinq strategiyasını və taktiki planını işləyib hazırlamaq;
• Bazarın təhlili, mövcud rəqabət mühitinin analizini, ABC təhlili və SWOT təhlilini aparmaq;
• Şirkətin xidmətləri (məhsulları) haqqında prezentasiyalar hazırlamaq və təqdim etmək;
• Şirkətin sayt və sosial media hesablarına nəzarət  etmək;
• Satış hədəflərinin müəyyənləşdirilməsində iştirak etmək və onlara çatmaq üçün strategiyalar müəyyənləşdirmək;
• Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək;
• Şirkətin strategiyası və marketinq siyasəti çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin etmək;
• Müştəri bazasını genişləndirmək;
• Şirkətin yeni marketinq kampaniyalarının yaradılması, eyni zamanda mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq;
• CRM sisteminin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə müştəri loyallığı sisteminin qurulması və idarəedilməsi;

Tələblər: 

• Yaş həddi-28-40;
• Ali təhsil: Marketinq, İqtisadiyyat, Menecment və digər yaxın sahələr üzrə olmalıdır
• Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi olmalıdır (istehsal şirkətlərində işləməsi arzuolunandır);
• Təqdimat bacarığı olmalıdır;
• Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı olmalıdır;
• Marketinq planını və büdcəsini hazırlaya bilməlidir;
• Marketinq şöbəsinin digər işçiləri ilə koordinasiyalı şəkildə çalışmaq və işlərinə nəzarət etmək;
• Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandır;
• Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
• Yüksək analitika və yaradıcılıq qabiliyyəti olmalıdır
• İdarəçilik və təşkilatçılıq bacarığı olmalıdır
• Mütləq şəkildə ölkədaxili və xarici səfərlərdə iştirak edə bilməlidir

İş qrafiki - Həftənin 6 günü saat 09:00-18:00. İstirahət günü Bazar günü.
Əmək haqqı – Razılaşma yolu ilə
İş yeri - “Ləzzət Qida Sənaye” MMC
Ünvan – Naxçıvan şəhəri, N.Tusi k, dön 2

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “marketinq meneceri” yazmaqla bayram.bayramov@lezzet.az  mail ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP