Böyük mühasib
 
JOB TITLE: Böyük mühasib
EMPLOYER: Samiramis firması DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-30 LAST UPDATED: N/A DEADLINE: 2019-06-29

İşə   götürən :  “SAMİRAMİS”    firması

Şirkətə   Böyük  mühasib  tələb  olunur. (xidmət  sahəsi  üzrə)

Vəzifələr:

- Mühasibat və vergi uçotunun aparılması;
- Mal-Material uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların təmin edilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının  hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət  və  ya  Zərər  haqqında  hesabat   hazırlanması   və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə   vəziyyəti  haqqında  hesabat  hazırlanması  və rəhbərliyə təqdim edilməsi;
- Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  hazırlanması  və  rəhbərliyə təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş  müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə bütün   hesabatların   müvafiq  proqramlarda  hazırlanması və  onlayn  təqdim edilməsi;
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Elektron hökumət portalında "Əmək və Əhalinin sosial müdafiə Nazirliyi" bildiriş   bazasında  kadrlarla bağlı işə qəbul, xitam və digər   əməliyyatların aparılması;
- Bank, Kassa, Satış, Əmək haqqı , avans, mal-material  və s.  sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;

Tələblər:

- 25-50 yaş aralığında olan  namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat uçotunun metodikası və texnikası
- Mühasibat hesablaşmaları
- Əmək və vergi  məcəllələrini  yüksək  səviyyədə  bilməli
- 1.C8.1  ,  1.C8.2  və  1.C8.3  Proqramlarında  yüksək  səviyyədə  işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə  5 ildən  yuxarı
- Dil bilikləri: Azərbaycan dili  (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)
- Məsuliyyətli, stressədavamlı

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü,  saat  09.00 –dan  19.00-dək,  şənbə  günü  09.00-dan  13.00-dək

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək  öz  CV lərini   mükəmməl   şəkildə   nesimi.75@mail.ru  email ünvanına göndərməyiniz  xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP