E - Marketing mütəxəssisi
 
JOB TITLE: E - Marketing mütəxəssisi
EMPLOYER: Autolux Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-30 LAST UPDATED: N/A DEADLINE: 2019-06-29

“Avtolüks Azərbaycan” MMC  üçün  E- Marketing mütəxəssisi tələb olunur.

İş qrafiki :  09:00-18:00/bazar ertəsi-cümə

Namizədə olan tələblər:

- Ali təhsil
- Yaradıcı olması
- Sosial Media və Rəqəmsal Marketinq üzrə bilik və ən az 3 il iş təcrübəsi
- Fəaliyyəti üzrə tələb olunan dizayn proqramlarında işləmək bacarığı
- Səlis Azərbaycan və Rus dili (şifahi və yazılı)
- Copywriting bacarığının olması üstünlükdür  
- Sosial şəbəkələrdə maksimal "interaction" əldə etmək üçün düzgün foto və video seçmək qabiliyyəti 
- Dürüst, enerjili, məsuliyyətli, kreativ və işinə qarşı həvəsli
- Komandada işləmək qabiliyyəti

Vəzifə öhdəlikləri: 

- Şirkətə aid sosial səhifələrin idarəolunması
- Sosial şəbəkələr üçün aylıq post planın hazırlanması
- Mövzuya uyğun olaraq yüksək keyfiyyətdə cəlbedici kontentin (mətn, foto və video) hazırlanması  
- Hazırlanmış kontentin plana uyğun sosial mediada yerləşdirilməsi
- Hazırlanmış kontentin sosial mediyada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq
- Kontentin yerləşdirildiyi yerlərdə istifadəçilərlə qarşılıqlı əlaqənin (user interaction) inkişaf etdirilməsi
- Sosial mediada reklamlarının yerləşdirilməsi və idarəolunması
- Sosial şəbəkələrdəki fəaliyyət barəsində aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Şirkətin saytlarının idarəolunası - kontentin yenilənməsi, saytların hədəf auditoriyaya təşviq olunması, trafikin təhlil olunması və artırılması üçün təkliflərin verilməsi
- Google / Youtube platformalarında şirkətin reklamlarının yerləşdirilməsi və idarəolunması
- Google Ads, Google Analytics, Facebook Business Manager, SEO bilikləri

Email : Hr@autolux-az.com

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP