Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: IRIX DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-31 LAST UPDATED: N/A DEADLINE: 2019-06-30

İT və elektronika avadanlıqlarının idxalı və ixracı ilə məşğul olan "IRIX" şirkəti satış sahəsində mükəmməl bilikləri, bacarıqları və təcrübəsi olan mütəxəssisləri satışın müxtəlif sahələri üzrə komandasına dəvət edir.

Telemarketinq / Topdan satış / Pərakəndə Satış / Korporativ satış / Beynəlxalq satış

Tələblər:

• Rus və Azərbaycan dillərində sərbəst danışıq (ingilis dili biliyi olana üstünlük verilir);
• Güclü kompüter, internet və MS Office (xüsusillə Excel) istifadəçisi bilikləri;
• Sərbəst ünsiyyət qurma, təqdimat və inandırma bacarığı;
• Məsuliyyətli, intizamlı, satış texnikaları bilikləri;
• Vəziyyətdən tez və effektiv çıxmaq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Texniki məlumatları öyrənməyə meyillilik;
• Müvafiq sahədə uğurlu peşə təcrübəsi;
• Müvafiq sahə üzrə sertifikatları və müştəri bazası olmaq üstünlükdür.
• İT və elektronika avadanlıqları haqqında texniki bilikləri olanlara üstünlük veriləcək;

Öhdəliklər:

• Məhsullar üzrə potensial müştərilərin müəyyən edilməsi;
• Araşdırma və yeni satış strategiyalarının hazırlanması;
• Aktiv müştəri axtarışı və görüşlər;
• Email və rəsmi yazışmalar, telefon danışıqlarının aparılması;
• Mövcud müştərilər ilə mütəmadi əlaqə saxlamaq, ehtiyaclarını müəyən etmək;
• Müştərilərin tələbatına uyğun məhsul seçimində köməklik;
• Layihələr və tenderlər üzrə iş;
• Qoyulan hədəfləri, satış planlarını üstələmək və bunun üçün təkliflər vermək, planlar hazırlamaq;
• Aylıq plan və icrası və görülən işlər üzrə hesabat hazırlanması rəhbərliyə gündəlik, həftəlik hesabat vermək;
• Sifarişlərin çatdırılması və ödənişin alınması proseslərinin izlənməsi;

İş şəraiti:

Bazar ertəsi-cümə, 9.00-18.00
Ödənişli sınaq müddətini (1 ay) uğurla keçmiş şəxslərə razılaşdırılmış əmək haqqı
(sabit hissə + bonus)
AR Əmək Məcəlləsi və Əmək Qanunvericiliyə uyğun sənədləşmə
Satış texnikaları, məhsullar, eləcə də işdə lazım olan digər biliklərə dair təlimlər
Əmək haqqı müsahibə vaxtı müəyyən olunur. Tələblərə cavab verən namizədlərin əmək haqqı tələbləri ilə razılaşılır.

Maraqlananlardan cv-lərini cv@irix.az ünvanına göndərmələri xahiş olunur. CV-də yuxarıda qeyd olunan satış sahələrindən hansına və ya hansılara namizədlik verildiyi və arzu olunan əmək haqqının qeyd olunması vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP