F&B menecer
 
JOB TITLE: F&B menecer
EMPLOYER: Atmosphere Lounge & Restaurant DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-05-31 LAST UPDATED: N/A DEADLINE: 2019-06-30

Atmosphere Lounge&Restaurant müxtəlif yaş qrupları üzrə əyləncəli zaman keçirə biləcəyiniz, yerli və dünya mətbəxinin ən ləziz təamları dadacağıniz məkanlardan biridir.

Atmosphere Lounge&Restaurant ailəvi məkan olmaqla 21 otaqdan (kabinet) ibarətdir, onlardan 5 otaq banketlər (ad günü, nişan, korparativ tədbirlər və s.) üçün nəzərdə tutulub. Hər bir otaq öz maraqlı və qeyri-adi konseptilə fərqlənir.

Hazırda  komandaya “F&B” menecer vakansiyası üzrə işçi axtarışındayıq.

İşin təsviri:

- Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi;
- Müştəri məmnuniyyətin saxlanması. Hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında  yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
- Müəssisənin daxili siyasətinə uyğun olan hesabatlılığın təmin edilməsi
- Kadr hazırlığı, komandada adaptasiyası;
- Gündəlik işçi heyətə təlimlərin keçirilməsi
- Effektiv təchizat zəncirinin idarə edilməsi;
- Məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyətin bölüşdürülməsini təmin etmək, ilkin və yekun nəticəni aidiyyatlı şəxslərə təqdim etmək;
- Mətbəxlə koordinasiya etmək şərtilə Təchizat standartlarının bəlli edilməsi və yönləndirilməsi
- Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
- Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək
- İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
- İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
- Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
- Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək

Tələblər:

- Ali təhsil, otelçilik və ya xidmət sahəsində əlavə təhsil ;
- Oteldə (F&B şöbəsində) və ya restoran biznesində 3 illik F&B menecer olaraq təcrübəsi;
- Kabinet sistemində təcrübəsi olanlara üstünlük verilir
- Əsas idarəetmə proseslərini başa düşmək;
- Yetkinliklərin inkişafı: liderlik, təşəbbüs, rahatlıq və adaptasiya;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunan

İş şəraiti:

Əmək haqqı müsahibə zamanı müəyyən edilir (1500-2000 AZN, aylıq mənfəətdən %)
Müəssə otaq (kabinet) sistemində ibarətdir

CV-nizi (şəkil şərtdir) mövzü bölüdə “F&B Manager” qeyd edərək  hr@atmosphere.az ünvanına göndərməyinizi xahiş edirik
Yalnız tam şərtlərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP