Metal konstruksiya üzrə mühəndis konstruktor
 
JOB TITLE: Metal konstruksiya üzrə mühəndis konstruktor
EMPLOYER: Xırdalan Metal Konstruksiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-03 LAST UPDATED: N/A DEADLINE: 2019-07-03

Metal konstruksiya üzrə mühəndis konstruktor

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• Rus və İngilis dili arzuolunandır
• Kopmüter proqramları  : Autocad, Tekla, Solidworks, Microsoft Ofice
• Minimum 3 il konstruktor kimi əmək fəaliyyəti olmalı
• Texniki ali təhsil
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır.
 İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir.
 Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
 İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
 Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir.
 Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir.
 Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
 İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
 Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və   işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya üzrə mühəndis konstruktor yazmaqla Hr.steel@akkord.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP