Satış mütəxəssisi
 
JOB TITLE: Satış mütəxəssisi
EMPLOYER: Avromed Company QSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-03 LAST UPDATED: N/A DEADLINE: 2019-07-03

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

Şirkət Xəstəxanalar və klinikalara satış şöbəsinin mütəxəssis vəzifəsinə işçi dəvət edir.

Mütəxəssis:

- Yeni müştəri axtarışı və cəlb edilməsi üçün lazımı işlərin görür;
- Təyin edilmiş ərazi üzrə müştəri araşdırması aparır;
- Müəyyən edilmiş müştərilərlə şirkət arasında iş birliyi yaradır;
- Gündəlik müəyyən edilmiş plan üzrə müştəri ziyarət edir;
- Gündəlik sifarişlərin çatdırılması,ödənişləri,iadələrinin təminatını həyata keçirir;
- Satış planının tərtibi və həyata keçirilməsi ilə bağlı keçirilən iclaslarda iştirak edir.

Tələblər:

Ali  (Tibbi və ya kimya-biologiya üzrə);
Ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
Dəqiq və diqqətli olmaq;

İşin keyfiyyətinə zərər vurmadan böyük həcmdə iş görmək bacarığı;

Azərbaycan dilini bilmək vacibdir.
İngilis və rus dilləri arzu olunandır.

Maraqlananlar CV-lərini vacancy@avromed.az” elektron ünvanına  30.06.2019-cu il tarixinədək göndərə bilərlər.
Elektron məktubun mövzu (subject, тема) hissəsində “Satış mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP