Tikinti Mühəndisi
 
JOB TITLE: Tikinti Mühəndisi
EMPLOYER: Cronos MTK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-03 LAST UPDATED: 2019-06-03 DEADLINE: 2019-07-03

Bakı şəhərində yüksəkmərtəbəli, çoxmənzilli binaların tikintisi ilə məşğul olan ”CRONOS” MTK-da “Tikinti Mühəndisi” vakansiyasına elan verir:

Namizədə tələblər

• Təhsili: Sənaye və mülki tikinti üzrə ali təhsil (İnşaat mühəndisliyi);
• İş təcrübəsi: Yüksək mərtəbəli yaşayış binalarının tikintisində mühəndis kimi 3 ildən çox iş təcrübəsi;
• Yaş həddi: 27-50;
• Əl ilə eskizləri çəkmək bacarığı olmalı;                                                                                                 
• Ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı olamlı;
• Səbirli, komanda halında işləməyi bacarmalı, intizamlı, məsuliyyətli, dəqiq olmalı və işini vaxtında, keyfiyyətli təhvil verməli;               
• Ünsiyyət qurmaq bacarığı olmalı;
• Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı olmalı;
• Müxtəlif layihələri eyni anda koordinasiya etmək qabiliyyəti olmalı;                                                                                     
• Azərbaycan dili-sərbəst, rus və ingilis dilini bilməsi üstünlükdür;
• Kompüterlə işləmək bacarığı olmalı;
• MS Ofis proqramlarında (Microsoft Excel, Word, Power Point, MS Outlook) ilə işləmə qabiliyyəti olmalı;
• Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməli.

İş haqqında

• Yüksən mərtəbəli yaşayış binalarının tikintisinə texniki rəhbərliyin həyata keçirilməsi;
• Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi;
• Təbii və tikinti ehtiyatlarının qənaətlə istifadəsi, daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması; 
• Layihə-smeta sənədlərinin hazırlanması;                                                                                                                                   
• İstehsalın (tikintinin) mühəndis hazırlığının, inşaat texnikasının istismarının, təmir və modernləşdirilməsinin aparılması, tikinti istehsalının təkmilləşdirilməsi;
• Layihələrin əvvəldən axıra kimi koordinasiyasının təmin edilməsi;
• Hər bir layihə üçün tələb olunan sənədlərin hazırlanması;
• Yerinə yetirilmiş işlərin keyfiyyət raporlarının zamanında və düzgün hazırlanması prossesini təmin edilməsi;
• Layihənin icrasına dair işlərin və tapşırıqların plana uyğun icrasına nəzarət etmək;
• Layihə üçün nəzərdə tutulan büdcə və plan üzrə iş saatları və digər xərclərə nəzarət etmək;
• Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsi;
• Tikinti istehsalının, əməyin və idarəetmənin elmi və qanuni əsasda təşkili;                                           
• Sağlamlıq, əməyin təhlükəsizliyi və əməyin mühafizəsi (SƏTƏM) üzrə mühəndis-texniki işçilərlə ilkin, aylıq, rüblük və s. təlimatın aparılması və işçilərin öyrədilməsi, işçilər tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının icra olunmasına nəzarət edilməsi;
• Bədbəxt hadisələrin araşdırılmasında iştirak edilməsi;
• İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərin aparılması;

• Tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi;
• Müştəriylə layihə ilə bağlı keçirilən gündəlik/həftəlik toplantıda iştirak etmək;
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirilməsi;

• İş rejimi: VI günlük iş həftəsi; 
• Əmək haqqı: 1200-1500 (namizədin peşəkar təcrübəsi, bilik və bacarıqları əsasında təyin edilir)

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mehdi@conap.az elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Tikinti Mühəndisi” vakansiyanın adını qeyd edəsiniz.

Əlaqə nömrəsi (012) 441 46 13.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP