Marketinq mütəxəssisi
 
JOB TITLE: Marketinq mütəxəssisi
EMPLOYER: Barattson School of Business & Finance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-03 LAST UPDATED: N/A DEADLINE: 2019-07-03

 Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson   “Marketinq mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri: 

• Marketinq Planının hazırlanması;
• Analitik hesabatların hazırlanması; 
• Digər şöbələrlə əlaqələndirici şəxs olaraq, yönləndirilən təklifləri qəbul etmək və komanda üzvlərinə bildirmək;
• Şöbələrin çap işləri, eyni zamanda sosial mediada paylaşılacaq mətn və banner müraciətlərinin qəbul etmək və yönləndirmək;
• Birbaşa Marketing və PR şöbəsi ilə əlaqəli şirkətlərlə danışıqları aparmaq;
• Müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin patnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlara və işin gedişatına nəzarət etmək;
• Təlim, seminar, sərgi, fuar, konfrans, memorandum və digər tədbirlərin təşkil etmək və nəzarətini həyata keçirmək;
• Korporativ satış və layihələrin həyata keçirilməsində iştirak etmək;
• Şöbənin icrasında olan işlərin müəyyən edilmiş qaydada və müddətdə aparılmasına nəzarət etmək;
• Şöbənin səlahiyyətləri daxilində əməkdaşlara xidməti fəaliyyətləri ilə əlaqədar göstərişlər vermək;
• Şirkət rəhbərliyi yanında keçirilən tədbirlərdə və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil etmək
• Reklam və məlumat xarakterli materialların yazılması və korreksiya edilməsini təmin etmək.

Əsas tələblər:  

• Ali təhsil (Marketinq, İqtisadiyyat istiqamətləri üzrə arzu olunandır)
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
• Təqdimat, təhlil etmə qabiliyyəti
• Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
• Marketinq plan və büdcə hazırlama bacarığı
• Dil bilikləri: Azərbaycan  və İngilis dillərini mükəmməl bilməli, Rus dili arzuolunandı;
• Kompyuter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı
• Təzyiq altında işləmək bacarığı 

Əmək haqqı:  razılaşma yolu ilə.

Namizədlərdən CV formaların  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq mütəxəssisi”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi:  28 İyun 2019 ci il.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP