İşə qəbul və planlaşdırma şöbəsi, Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis
 
JOB TITLE: İşə qəbul və planlaşdırma şöbəsi, Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-03 LAST UPDATED: N/A DEADLINE: 2019-07-03

 “ABB” ASC  İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin İşə qəbul və planlaşdırma şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
 Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
 Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
 İşəqəbul testlərini həyata keçirtmək;
 Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
 İşəqəbul hesabatlarını hazırlamaq;
 Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
 Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Vaxtı idarə etmək qabiliyyəti;
 Qərar vermə;
 Ünsiyyət bacarığı;
 Təqdimat bacarığı;
 Konfliktlərin idarəedilməsi;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
 1 ildən 3 ilə qədər bank sektorunda işəqəbul sahəsində iş təcrübəsi;
 MS office proqramlarını əla səviyyədə bilmək;

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Dil biliklərinizi inkişaf etdirmək imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  10 iyun 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İşəqəbul üzrə mütəxəssis/aparıcı /baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP