Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Wentto Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Şirkət haqqında:

“Wentto Electronics”  MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. 2012-ci ildən isə ölkənin ilk mobil operatoru olan Bakcell`in rəsmi dileri olaraq fəaliyyətinə davam edir. Şirkət Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon, Gree, Braun Philips, Eurolux, İtaltherm və s. məşhur brendlərin satışını həyata keçirir.

İnşaatçılar, Nizami və Elmlər metrostansiyaları yaxınlığında yerləşən mağazalarında müxtəlif geniş çeşid imkanına malik mobil telefonlar, televizorlar, planşetlər, kompüter və fotoaparatlar videokameralar, müxtəlif növ kiçik məişət texnikaları, eləcə də böyük məişət texnikalarından kondisioner, sobalar, soyuducu, paltaryuyan maşın, həmçinin istilik sistemləri təqdim etməklə yanaşı Bakcell operatorunun məhsullarının satışında və bu sahədə vətəndaşlara xidmət göstərməkdə qabaqcıl yer tutmaqda davam edir.

Vakansiya: Hüquqşünas

Tələblər:

• Təhsil: ali hüquq təhsilli;
• Ən azı 1 (bir) illik iş təcrübəsi;
• Mülki, mülki-prossesual və digər qanunvericilik biliyi;
• Qanun və ya digər normativ-hüquqi aktları bilmək və tətbiq etmək bacarığı;
• Vahid Məhkəmə Portalında işləmək bacarığı;
• MS Office (Word, Excel, Outlook) proqramlarını bilməli;
• Yüksək səviyyədə kargüzarlıq vərdişləri;
• Səlist danışıq qabiliyyəti;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;
• Yaş həddi: 25-35.

Ümumi vəzifə öhdəlikləri:

• Müqavilə öhdəliklərinin icra edilməməsi ilə bağlı pretenziyaların hazırlanması;
• Mövcud problemləri məhkəməyə qədər pretenziya qaydasında həll etmək;
• İşlərin məhkəməyə göndərilməsi üçün hazırlanması;
• Dövləq orqanlarına sorğuların göndərilməsi;
• İddia ərizələrinin və digər ərizələrin tərtib olunması;
• Məhkəmə qərarlarından şikayətlərin hazırlanması;
• Şirkəti Məhkəmə və digər orqanlarda təmsil etmək;
• Elektron Məhkəmə Portalında şəxsi kabinetin idarə edilməsi;

İş şərtləri:

• İş yeri: Baş ofis;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları, nəqliyyat və nəqliyyat xərcləri şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı: 600 manat+bonus

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” şəklində göstərməklə hr@wenttotelecom.az elektron ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP