Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Norm LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Satınalma və Logistika şöbəsinin fəaliyyətinin Vahid Idarəetmə Sistemi tələblərinə uyğunluğunun təmin edilməsi məqsədilə müvafiq işlərin həyata keçirilməsi
- Təchizatçıların ilkin və təkrar qiymətləndirilmə proseslərinin aparılması, müvafiq hesabatların tərtib edilməsi
- Quyu tamponaj sementinin istehsalı üçün tələb olunan APİ sertifikatının əldə edilməsi üçün Satınalma və Logistika şöbəsi tərəfindən tələb olunan məlumat və formaların hazırlanması, yoxlanılması və əlaqələndirilməsi
- Satınalma proseduru, Tender, ASR və Anbar təlimatlarının müntəzəm olaraq təhlil və təftiş edilərək yenilənməsi
- Kateqoriyanın İdarəolunması layihəsinə nəzarət və icra edilməsi
- Təchizatçılarla Münasibətlərin İdarəolunması (SRM) layihəsinin həyata keçirilməsi
- Satınalma üzrə tələb olunan hesabatların hazırlanması

Tələblər:

• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)
• Əlaqədar sahədə 3 il iş təcrübəsi
• Sərbəst  ingilis dili biliyi
• MS office proqramlarından istifadə bacarığı
• CİPS sertifikatı arzuolunandır

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 18/06/2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP