Operator (Servis mərkəzi)
 
JOB TITLE: Operator (Servis mərkəzi)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Operator (Servis mərkəzi)

Tələblər:

• Ali təhsilli
• Azərbaycan və Rus dillərini səlis bilməli
• Kompyuter proqramlarından istifadə bacarığı
• Kollektivdə işləmək bacarığı
• Müştərilərlə ünsiyyət təcrübəsi

Vəzifələr:

• Servis mərkəzinə müraciət etmiş müştərilərin suallarını cavablandırmaq
• Daxil olan telefon zənglərini cavablandırmaq
• Kompyuterdə mətn yığmaq və çap etmək

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər, şənbə- qısa iş günü (10:00-14:00), bazar- istirahət günüdür

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Operator  (Servis mərkəzi) ” qeyd edərək ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP