Mühasibat şöbəsində “Yay Təcrübə Proqramı”
 
JOB TITLE: Mühasibat şöbəsində “Yay Təcrübə Proqramı”
EMPLOYER: METAK DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Mühasibat şöbəsində “Yay Təcrübə Proqramı”

“METAK”-da TƏCRÜBƏ PROQRAMI

“METAK” MMC Ali məktəb məzunlara və sonuncu kurs tələbələrinə Mühasibat şöbəsində  iş təcrübəsini qazanmağa imkan yaradır!

Gənclərə təcrübə keçməklə yanaşı mühasibat sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla birgə çalışmaq şansı verilir.

Təcrübə proqramını uğurla bitirən gənclər şirkətdə işlə təmin olunma imkanı əldə edəcəklər.

Tələblər:

• Ali təhsil (Maliyyə/iqtisadiyyat);
• Mühasibat sahəsində nəzəri biliklər;
• Analitik təhlil və operativlik bacarığı;
• Komandada işləmək bacarığı;
• Öyrənməyə həvəsli;
• Dəqiq, məsuliyyətli və stressədavamlı;

İş şəraiti

• Yarım iş günü (part-time)
• Nahar şirkət hesabına verilir;
• Servis xidməti fəaliyyət göstərir;
• Təcrübə proqramı ödənilir.

Maraqlanan gənclər 04 İyul 2019-cu il tarixinədək öz CV-lərini hr@metak.az elektron ünvanına (mövzuda “Mühasibat şöbəsində təcrübəçi” yazıb) göndərə və ya saytda onlayn-anketi dolduraraq  https://www.metak.az/resume/resume.php?vid=135  müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP