Mal material üzrə böyük mühasib
 
JOB TITLE: Mal material üzrə böyük mühasib
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Vəzifənin adı : Mal material üzrə böyük mühasib

Vəzifə öhdəlikləri:

• Mal material alışlarının düzgün sənədləşdirilməsinə nəzarət;
• Əsas vəsaitlər (kapital qoyuluşları) üzrə ilkin sənədlərin nüsxəsinin (texniki pasport, YGB, qaimə-faktura, smeta, forma-2 və s.) ayrıca qovluqda saxlanılmasına nəzarət, başa çatmış kapital qoyuluşlarının əsas vəsaitə aid edilməsi ilə bağlı müvafiq müxabirləşmənin mühasibat arayışında qeyd edilib onu Baş mühasibə təqdim edilməsini təmin etmək;
• Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, onların yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsinə nəzarət;
• Material anbarı və hazır məhsul anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə sənədlərinin müntəzəm olaraq alınması və düzgün tərtib olunduğuna, sistemə işlənildiyinə nəzarət edilməsi;
• Hesabat ayı bitdikdə nəqliyyat vasitələri üzrə yürüş məsafələrinin, yanacaq paylama cədvəllərinin yerində yoxlanılması və əsas xammal-materiallar üzrə faktiki miqdarın qeydiyyata alınması və sonradan təqdim olunan hesabatla tutuşdurulması;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində material anbarı, hazır məhsul anbarı və yanacaq anbarı üzrə hesabatın və müvafiq təsdiqedici sənədlərin (GPS məlumatı, YD şirkətinin plastik kartlar üzrə hesabatı) alınması və ilkin sənədlər üzrə təhlil edilib yoxlanılması;
• Hesabat ayı bitdikdən sonra 3 gün müddətində digər bölmə (şöbə) üzrə ( istehsal, nəqliyyat, marketinq və s.) mal-materialların hesabatının, lazımı ilkin sənədlərin (silinmə akti, quraşdırma aktı və s.) alınması;
• Əsas və köməkçi istehsalat sahəsində, eləcə də əsas istehsalat sahəsindən kənarda yerləşən  xərc mərkəzləri üzrə xammal-materialların, əsas vəsaitlərin hərəkəti ilə bağlı sənədlərin 1C 8 proqramına vaxtında daxil edilməsinə nəzarət edilməsi, hesabat ayı bitdikdən sonra 3 gün müddətində bütün xərc mərkəzləri üzrə istehsalın həcminin, xammal, material hesabatlarının 1C 8 proqramından çap edilib imzalanmaqla və  ilkin təsdiqedici sənədlərlə birlikdə tələb edilməsi;
• Əsas vəsaitlər üzrə hər ayın sonunda amortizasiya hesablanmasının həyata keçirilməsi;
• Alınmış ilkin sənədlər və hesabatlar əsasında aylıq material silinməsinin yoxlanılması və bunun üzərində nəzarət edilməsi;
• Maya dəyəri mühasibinə hesabat ayının maya dəyərini müəyyənləşdirmək üçün lazımi məlumatın, hesabatın tələb olunan müddətdə təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra  edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Təhsil/Təcrübə

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• 1C proqram təminatında işləmə bacarığı mütləqdir;
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dilinə malik namizədlər arzuolunandırlar);

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mal material üzrə böyük mühasib” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP