Şiber təmirçisi, Metaləritmə zavodu
 
JOB TITLE: Şiber təmirçisi, Metaləritmə zavodu
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-04 LAST UPDATED: N/A DEADLINE: 2019-07-04

Vəzifənin adı : Şiber təmirçisi, Metaləritmə zavodu

Vəzifə öhdəlikləri:

• Təmir olunmuş poladtökmə çalovlarında şiber avadanlıqların quraşdırılmasını, şiber plitələrin və stəkanların hazırlanaraq yerinə yığılmasını təmin edir;
• Hər ərintidən əvvəl çalovların hörgüsünün vəziyyətini yoxlayır, çalovun içində donub qalmış metal qırıntısının və ya qopmaların olmamasını yoxlayır;
• Çalovda şiber mexanizmini yığır;
• Təmirdən sonra qrafik üzrə quruldulmasına nəzarət edir;
• Avadanl;qlarda nizamlama və təmir işlərində iştirak edir.

Təhsil/Təcrübə: 

• Orta texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst şəkildə danışmaq;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şiber təmirçisi” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP