Proqramlaşdırma - Müəllim
 
JOB TITLE: Proqramlaşdırma - Müəllim
EMPLOYER: Code Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-05 LAST UPDATED: N/A DEADLINE: 2019-07-05

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Code Academy-də Proqramlaşdırma bölməsi peşəkarlar və müəllimləri Proqramlaşdırma təhsil proqramları üçün müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Biz peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili və təşəbbüskar müəllimlər axtarırıq. Əmək haqqı namizədin göstəricilərinə bağlıdır və işə götürüləcək müəllimin yeni başlayan tələbələri öyrətməsi gözlənilir.

Proqramlaşdırma - Müəllim

İşin təsviri və öhdəliklər:

• Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 3 qrupdur;
• Biz sizə həftədə 4 günlük, gündə 4 saatlıq iş rejimi təklif edirik. İş saatları: 09:00-13:00 və ya 14:00-18:00
• Tələbələrə aşağıdakı proqramlar üzrə bilikləri aşılamaq:
o HTML5, CSS3 (SASS, LESS CSS precompilers) and CSS Frameworks;
o JavaScript libraries and frameworks
o Programming in C# and MS-SQL experience in MVC pattern and use of it in an Object Oriented (OOP) development with .NET
o Developing ASP.Net MVC 5 Web Applications
o Developing Windows Azure and Web Services
• Code Academy və Microsoft kurrikulumunun tələb və qaydalarına əsasən tədris proqramını hazırlamaq və inkişaf etdirmək;
• Dərs və lab saatlarında vaxtında iştirak etmək və dərs materialına əsasən işləmək;
• Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
• Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;
• Code Academy dəyərlərinə əsasən xidmət göstərmək.

Tələb olunan bilik və təcrübə:

• 3-5 il Proqramlaşdırma sahəsində iş təcrübəsinin olması;
• Azərbaycan dilində əla yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
• Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.

Əlavə olaraq aşağıdakıları bilməsi üstünlükdür:

• Microsoft Certified Professional olması arzuolunandır
• Dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər hr@code.edu.az ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) və öz portfolioları haqda qısa məlumatı GitHub hesabı ilə birgə göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP