Təchizat zənciri direktoru
 
JOB TITLE: Təchizat zənciri direktoru
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-07 LAST UPDATED: N/A DEADLINE: 2019-07-07

Vəzifə: Təchizat zənciri direktoru

Vəzifə öhdəlikləri:

- Satınalma, planlaşdırma, xammalın yığılması və nəzarətin icrası, ehtiyatların artırılmasına olan tələbatların proqnozlaşdırılması və hazır məhsulların anbarlara yığılması və alıcıya çatdırılması da daxil olmaqla bütün fəaliyyət sahələrini idarə etmək;
- Ehtiyatların idarə olunmasına və Atena Şirkətinin ən yüksək məhsuldarlıqla işləməsinə zəmin yaradan idarəçilik üsullarını müəyyənləşdirmək;
- Materialların idarə olunması üzrə yüksək səviyyəli komandanın yaradılmasında bütün vəzifələrə aid öhdəliklərin optimallaşdırılması üçün heyət strategiyası, siyasəti və prosedurlarını işləyib hazırlamaq;
- Təchizat/alış ilə bağlı bütün normativ tələblərə və etik standartlara riayət olunmasını dəstəkləmək;
- Keyfiyyətə nəzarət və təhlükəsizlik məsələlərinə ciddi diqqət yetirmək və proses boyu nəzarət etmək;
- Təchizatçı proqrmalarını işləmək və daim təkmilləşdirmək;
- Məhsul istehsalı ilə bağlı xammalın vaxtında əldə edilməsini təmin etmək üçün planlama proseslərində iştirak etmək;
- Yeni ERP sisteminin tətbiqində iştirak etmək və  istifadəni optimallaşdırmaq;
- Əsas müqavilələr üzrə danışıqlar aparmaq;
- Departament üzrə büdcə hazırlamaq;
- Korporativ məqsədlərə  uzlaşdırmaqla  departamentin illik məqsəd və vəzifələrini müəyyənləşdirmək
- Hər zaman korporativ konfidensiallığa əməl etmək.

Namizədə tələblər:

Təcrübə: müvafiq sahə üzrə 10-15 illik qabaqcıl təcrübə, 5-10 illik idarəçilik təcrübəsi
Məsuliyyətli, komandada  və stressli vəziyyətində işləməyi bacaran
Təhsil: Bakalavr (magistr və ya MBA təhsili arzuolunandır). Müvafiq sahə ilə bağlı beynəlxalq sertifikatlar üstünlük sayılır.
Yüksək analitik düşüncə, ünsiyyət bacarığı və  liderlik bacarığı,  cəld, qətiyyətli, strateji təfəkkürə sahib olmalı
Dil biliyi: Rus dili və ingilis
İş yeri: Əhməd Rəcəbli 25 D, Bakı
İş şəraiti:  5 günlük iş qrafiki
Nahar şirkət tərəfindən  verilir.
Əmək haqqı: müsahibə əsasında

Namizədlərdən  “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək CV-lərini cv@atena.az” ünvanına göndərməkləri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP