Texnikaların təmir-nəzarəti üzrə usta
 
JOB TITLE: Texnikaların təmir-nəzarəti üzrə usta
EMPLOYER: Abşeron Logistika Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-07 LAST UPDATED: N/A DEADLINE: 2019-07-07

Texnikaların təmir-nəzarəti üzrə usta

Tələblər:

• Müvafiq sahə üzrə ali və orta ixtisas peşə təhsil (texniki ixtisasa malik olanlara üstünlük veriləcək);
• 25-50 yaş aralığında kişi namizədlər;
• Müxtəlif növ texnikaların (yük əməliyyatları üzrə texnikalar) təmiri və texniki baxışı üzrə ən azı 3 il iş təcrübəsi;
• Texnikaların işləmə mexanizmini dərindən bilməli;
• Məsuliyyətli və intizamlı

Vəzifə öhdəlikləri:

– Texnikalara texniki xidmətin göstərilməsi;
– Hərəkətdə olan yük vuran nəqliyyat vasitələrinin xəttə çıxarkən və geri qayıdarkən texniki vəziyyətinə cari nəzarət;
– Hərəkətdə olan yük vuran nəqliyyat vasitələrinə texniki xidmətin bütün növlərində və onların cari təmirində işlərin keyfiyyətlə və tam həcmdə aparılmasını təşkili;
– Yük vuran nəqliyyat vasitələrinin  təmir olunması  və  texniki baxışdan keçirilməsi ilə  bağlı qrafikin tərtib edilməsi
– Nasazlıqların yaranma səbəblərini, həmçinin texniki nasazlıqlar üzündən baş vermiş qəzaların və yol-yük vuran nəqliyyat hadisələrinin yaranma səbəblərini təhlil edir və aktlar tərtib edir.
– Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini e-mailin mövzu hissəsinə mütləq "Texnikaların təmir-nəzarəti üzrə usta" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) t.kazimova@absheronport.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP