Qeydiyyatçı
 
JOB TITLE: Qeydiyyatçı
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-07 LAST UPDATED: N/A DEADLINE: 2019-07-07

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülərdən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin etmək və yüksək vəzifələrdə dəyərləndirməkdir.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və  “Qeydiyyatçı”  vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə  istəyirik :

- Gələn ziyarətçilərin və qonaqların qarşılanması və qeydiyyata alınması
- Ziyarətçilərin məlumatlarının Bazaya daxil edilməsi
- Ziyarətçilərin və qonaqların suallarının cavablandırılması
- Xidmətin keyfiyyətli və yüksək səviyyədə göstərilməsi
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi

Əgər Siz :

- Ali təhsil (Magistr təhsili olanlara üstünlük verilir)
- Ümumilikdə  ən az 2 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışmaq (Rus və ingilis dilini bilənlərə üstünlük verilir)
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq
- MS Office proqramları, xüsusilə Excel bilmək

Keyfiyyətlərinə sahibsinizsə...

Biz sizin müraciətinizi gözləyirik !

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Qeydiyyatçı” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın  sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət  etməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP