İnsan Resursları üzrə Rəhbərin köməkçisi
 
JOB TITLE: İnsan Resursları üzrə Rəhbərin köməkçisi
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-08 LAST UPDATED: N/A DEADLINE: 2019-07-08

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “İnsan Resursları üzrə Rəhbərin köməkçisi” vakansiyası elan edir:

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı.
• Təhsil: Ali.
• Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək.
• MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını mükəmməl səviyyədə bilmək.
• İR sferasında 1-3 il iş təcrübəsi arzu olunandır.
• Yüksək ünsiyyət qurmaq bacarıqları.

Əsas vəzifə və öhdəliklər:

• İşçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin məlumatlar bazasının doldurulması;
• İşçilərin şəxsi işlərinin hazırlanması;
• İşçilərin davamiyyəti cədvəlləriniə nəzarət edilməsi;
• İşçi bazasının yaradılması və CV-in arxivləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Həftəlik və aylıq hesabatların hazırlanması;
• Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət;
• Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması;
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, haqqında və s.)

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Rəhbərin köməkçisi” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP