Veb proqramçı köməkçisi
 
JOB TITLE: Veb proqramçı köməkçisi
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-10 LAST UPDATED: 2019-06-10 DEADLINE: 2019-07-10

Azərbaycan Beynəlxalq Bankı Marketinq Departamentinə Rəqəmsal marketinq şöbəsinə Veb proqramçı köməkçisi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Yeni layihələrin hazırlanmasında iştirak;
 Photoshopda  hazırlanmış dizaynın front hissəsinin hazırlanması (PSD to HTML);
 Mövcud layihələrə əlavə və dəyişiklərin edilməsi, texniki dəstəyin göstərilməsi;
 Mövcud layihələrə yeni səhifə və modulların inteqrasiyası.

Tələb olunan səriştələr:

 Yaradıcılıq və innovasiya bacarığı;
 Komandada işləmək bacarığı;
 Layihələri idarə etmək bacarığı.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
 HTML5, CSS3, jQuery ilə sərbəst işləmək bacarığı;
 Hər hansı PHP framework ilə  işləmək bacarığı (CodeIgniter, Laravel);
 Hər hansı CMS layihə üzrə təcrübə (Wordpress, ProcessWire);
 Restful API barədə anlayış, məlumat bazaları (MySQL) ilə işləmək bacarığı;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər 20 İyun 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Veb proqramçı köməkçisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP