Maliyyəçi
 
JOB TITLE: Maliyyəçi
EMPLOYER: AGA Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-10 LAST UPDATED: 2019-06-11 DEADLINE: 2019-07-10

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.

Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və “Maliyyəçi” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə istəyirik :

• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Mənfəət və zərər hesabatlarının hazırlanması;
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların hazırlanması (Cash Flow);
• Bank, kassa əməliyyatlarının uçotu;
• Borcların ödənilməsinə dair hesabatların hazırlanması;
• Maliyyə təhlilinin aparılması;
• Qısa və uzunmüddətli borclara, öhdəliklərə nəzarət;
• Banklarla mütəmadi danışıqların aparılması;
• Müdiriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

• Əmək haqqı: 800 AZN;
• İş saatları: 08:45-18:15 (həftəiçi); 09:00-13:00 (şənbə);
• İstirahət: Bazar günü;
• AR Əmək Məcəlləsinə  uyğun sənədləşmə.

Əgər Siz :

• Ali təhsil (maliyyə, iqtisadi);
• F3 sertifikatı;
• Mükəmməl səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili biliyi;
• Microsoft Office proqramlarını, əsasən də Excell proqramını yaxşı səviyyədə bilmək ( 1C 8,3 proqramını bilənlərə üstünlük verilir)
• Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq

Keyfiyyətlərinə sahibsinizsə...
Biz sizin müraciətinizi gözləyirik !

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Maliyyəçi” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın  sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət  etməlidirlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP