Copywriter ( Videoicmal üçün mətn hazırlayan )
 
JOB TITLE: Copywriter ( Videoicmal üçün mətn hazırlayan )
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-11 LAST UPDATED: 2019-06-14 DEADLINE: 2019-07-11

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Copywriter ( Videoicmal üçün mətn hazırlayan)

Tələblər:

• Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
• Rus, İngilis dillərindən tərcümə etmə bacarığı;
• Rus və İngilis dillərini mükəmməl bilməsi arzuolunandır;
• İş təcrübəsi – 1 ildən çox;
• Ali təhsilli;
• Təşəbbüslü və çalışqan olmalıdır.

Əmək funksiyaları

• Videoicmal üçün verilən siyahını nəzərdən keçirməli;
• Siyahıda olan məhsulları analiz etməli;
• Məhsul haqqında tam dolğun və düzgün informasiya toplamalı;
• Məhsulların icmalı üçün maraqlı və düzgün mətn hazırlamalıdır.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Copywriter” qeyd edərək ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP