Müştəri xidmətləri üzrə mütəxəssis
 
JOB TITLE: Müştəri xidmətləri üzrə mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-11 LAST UPDATED: N/A DEADLINE: 2019-07-11

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur. "Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Müştəri xidmətləri üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Sənədlərin düzgün, qəbul olunmuş təlimatlara uyğun olaraq tərtibatı;
• Azərbaycan və İngilis dillərində təqdimatların keçirilməsi;
• Lazımi hesabatların hazırlanması;
• Layihə ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

• Ali təhsil;
• Azərbaycan və İngilis dillərini mükəmməl bilməli, Rus dilini bilməsi arzuolunandır;
• Abunəçi potensialını analiz etmək qabiliyyəti;
• MS Excel, Word və Outlook proqramlarını bilməli;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP