Aparıcı Auditor
 
JOB TITLE: Aparıcı Auditor
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-06-11 LAST UPDATED: N/A DEADLINE: 2019-07-11

Aparıcı Auditor

MKT-İK MMC (Pambıq müəssisəsi) Aparıcı Auditor vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Təyin olunmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
• Biznes proseslərin, biznes və fırıldaqçılıq risklərinin qiymətləndirilməsini həyata keçirdmək;
• Xətti rəhbəri ilə birlikdə yoxlamaların çərçivəsini, forması və proqramını müəyyən etmək;
• Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirdmək;
• Daxili nəzarət sistemini qiymətləndirmək məqsədi ilə müsahibələr keçirdmək və müşahidələr aparmaq;
• Nəzarət mexanizmlərində mövcud olan boşluqları müəyyən edir və tapıntılar üzrə təsdiqləri təqdim etmək;
• Görülən işlər zamanı müşahidələr, audit tapıntıları və riskləri, şərhlər və tövsiyələri özündə əks etdirən hesabatlar hazırlamaq;
• Daxili nəzarət və komplayensin müvafiq səviyyəsini təmin etmək məqsədi ilə daxili qaydalar və prosedurların yaradılması və ya mövcud olduğu təqdirdə təkmilləşdirməsinə dair dəyər verici tövsiyələr vermək;
• Daha az təcrübəyə malik daxili audit şöbəsinin əməkdaşlarının inkişafında iştirak etmək və onların fəaliyyətini qiymətləndirmək.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləmdirilməsi  sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların cə təkliflərin təqdim edilməsi bacarığı, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı Auditor” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP